Ukraynalı ombudsman Saakaşvilinin yanına buraxılmadı
16-11-2021, 22:14
152

Ukraynalı ombudsman Saakaşvilinin yanına buraxılmadı

Ukrayna ombudsmanı Lyudmila Denisovanın həbsdə olan eks-prezident Mixail Saakaşvilini ziyarət etmək istəyi Gürcüstan tərəfindən rədd edilib.
Xarici KİV xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
“Gürcüstan qanunvericiliyinə əsasən, Ukrayna ombudsmanının ölkə həbsxanasına səfər etməsi nəzərdə tutulmur”, - deyə Breqadze bildirib.
Qeyd edək ki, Denisova həbsxanada Saakaşviliyə baş çəkmək və Gürcüstanın keçmiş liderinin şəraiti ilə tanış olmaq üçün bazar ertəsi Tiflisə gəlib

Oxşar xəbərlər