Ermənistanda tələbələr etiraz aksiyası keçirir
23-11-2021, 18:26
184

Ermənistanda tələbələr etiraz aksiyası keçirir

Ermənistanın paytaxtı İrəvanda "Azadlıq" hərəkatının fəalları aksiya keçirirlər.
"News.am” xəbər verir ki, onlar universitetlərin qarşısından keçərək öz gündəliklərini təqdim edirlər.
"Oyanış” Partiyasının nümayəndəsi Ara Zöhrabyan jurnalistlərə açıqlamasında ali təhsil müəssisələrinin rəhbərliklərinin tələbələrə gizli formada təzyiq göstərdiyini deyib.
O, universitet rəhbərliklərini belə hərəkətlərdən əl çəkməyə çağırıb.

Oxşar xəbərlər