Türkiyənin keçmiş daxili işlər naziri vəfat etdi
24-11-2021, 14:37
149

Türkiyənin keçmiş daxili işlər naziri vəfat etdi

Türkiyənin keçmiş daxili işlər naziri Hasan Fehmi Güneş vəfat edib.
O, 87 yaşında müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Hasan Fehmi Güneş 1934-cü ildə Türkiyənin Adapazarı bölgəsində anadan olub. O, 1975-1980-ci illərdə Türkiyənin daxili işlər naziri olub. Cümhurriyyət Xalq Partiyasından dəfələrlə millət vəkili seçilib.

Oxşar xəbərlər