Dünya
26-11-2021, 13:11
150
Ermənistanı Rusiya ilə birləşdirən yol bağlandı
Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfdən yük maşınları üçün bağlıdır.
Xarici KİV xəbər verir ki, beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri-Kobi hissəsində qar və aşağı temperatur səbəbindən ağır yük maşınlarının hərəkəti dayandırılıb. Digər nəqliyyat növlərinin hərəkətinə icazə verilir.
Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Ermənistanla bağlayan yeganə yoldur.