Rusiyada hərbi zavodda PATLAYIŞ
27-11-2021, 14:08
151

Rusiyada hərbi zavodda PATLAYIŞ

Rusiya Müdafiə Nazirliyinin Nijeqorod vilayətinn Dzerjinski şəhərində yerləşən Y.M.Sverdlov adına hərbi zavodunda partlayış olub.
 TASS xəbər verir ki, məlumatı nazirlik yayıb.
Hadisə partlayıcı istehsal edən sexdə qeydə alınıb. Nəticədə 3 nəfər yaralanıb. Yaralılar hospitala yerləşdirilib.
Partlayışdan sonra yanğın başlayıb.
Hadisə yerində yanğınsöndürənlər cəlb olunub.
Rusiya fövqəladə hallar naziri səlahiyyətlərini icra edən Alkesandr Çupriyanov Dzerjinskə gedib.
Hadisənin səbəbi araşdırılır.

Oxşar xəbərlər