Sumqayıtda mənzildən meyit tapıldı
29-11-2021, 10:49
148

Sumqayıtda mənzildən meyit tapıldı

Sumqayıtda mənzildən meyit tapılıb.
Bu barədə  Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
 
Qeyd olunub ki, FHN-nin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Cəfərov Həmzəli Cəfər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər