Ata 3 aylıq körpəsini döyüb, lentə aldı
30-11-2021, 13:35
287

Ata 3 aylıq körpəsini döyüb, lentə aldı

Türkiyədə ata 3 aylıq körpəsini döydüyü anları  lentə alıb.
Hadisə Qaziantepdə qeydə alınıb. Belə  ki, ağlayan körpəsini  susdurmaq istəyən ata  onu qucağına alıb.  Daha sonra isə  başına dəfələrlə  yumruq zərbəsi endirib.  Dəhşətlisi budur ki, həmin anlar  otaqda olan bir başqası tərəfindən anbaan  lentə  alınıb.  
Körpəsinin səsinə gələn ana gördüyün mənzərədən şoka düşüb. O, övladınıərindən xilas edərək xəstəxanaya aparıb.  Həkimlər körpənin kəllə-beyin travması  aldığını  bildiri və reanimasiya  şöbəsinə yerləşdirib. Onun vəziyyəti  ağır  olaraq qalır. 
Ata isə  polis tərəfindən nəzarətə  götürülüb. O,  körpənin susdurmaq üçün zərbələr endirdiyini  etiraf edib. Hazırda  cani ata saxlanılıb.  Onun barəsində  qətimkan tədbiri  seçilib. 

Oxşar xəbərlər