Yardım fondundan pul oğurlayıb, özünə "Lamborghini" aldı
1-12-2021, 23:01
361

Yardım fondundan pul oğurlayıb, özünə "Lamborghini" aldı

ABŞ-ın Texas ştatının sakini 30 yaşlı Li Prays COVID-19 pandemiyası səbəbiylə yaradılan yardım fondundan oğurluq  edib.  
O, saxtakarlıqda ittiham olunub.  Belə  ki, Li insanlara saxta  sənədlər verərək, onlardan yardım fonduna pul toplayıb. Amerikalı  vergi qeydlərini saxtalaşdıraraq, əldə  etdiyi pulla "Lamborghini", "Ford F-350" tipli pikaplar və "Rolex" saatları kimi bahalı əşyalar alıb. 
Araşdırmalar zamanı Li Prays saxlanılıb. Məlum olub ki, Prays vəfat etmiş şəxslərin adlarında da istifadə edib. Onun  barəsində  qətimkan tədbiri seçilib. Linin 9 il həbs cəzası  alacağı bildirilir. 
Yardım fondundan pul oğurlayıb,özünə "Lamborghini" aldı 

Oxşar xəbərlər