Heç vaxt Afrikada olmayan şəxs koronavirusun Omicron ştamına yoluxdu
2-12-2021, 10:20
228

Heç vaxt Afrikada olmayan şəxs koronavirusun Omicron ştamına yoluxdu

İsveçrədə koronavirusun Omicron ştamına yoluxan ilk şəxs gimnaziya şagirdi olması təəccüb doğurub.
Yoluxmuş şəxs Afrikada heç vaxt olmayıb, son həftələrdə isə yaşadığı Bazel şəhərini ümumiyyətlə tərk etməyib.
19 yaşlı gəncdə heç bir simptom yoxdur, özünü yaxşı hiss edir. Yoluxma təsadüfən, kollecdə kütləvi test nəticəsində aşkara çıxıb. Xəstə təcrid olunsa da, ona heç bir müalicə tətbiq edilmir.

Oxşar xəbərlər