Dünya
2-12-2021, 15:15
195
Çinli alimlərdən koronavirusu bitirəcək addım: Bütün ştamlara qarşı antikor hazırladılar
Çinli alimlər COVID-19-un bütün ştamlarına qarşı antikor hazırlayıb.
Sun Yat-sen və Secanq universitetləri daxil olmaqla, müxtəlif qurumların əməkdaşları bu istiqamətdə laboratoriya təcrübələrinə əsaslanan tədqiqatlar aparıblar. Nəticədə mütəxəssislər koronavirusun bütün variantlarına təsir edə biləcək antikor kəşf ediblər.
Məlumata görə, sözügedən antikorlar həm laboratoriyada, həm də canlı orqanizm üzərində gerçəkləşdirilən çalışmalarda COVID-19-u neytrallaşdırmaq üçün istifadə edilib. Antikorun, bu ilin əvvəlində Hindistanda ortaya çıxan və dünyada ölümcül infeksiya dalğalarına səbəb olan, mutasiyaya uğramış "Delta” variantına da təsir etdiyi açıqlanıb.