"Atatürk Hava Limanı"ndan oğurluq edildi (VİDEO)
2-12-2021, 22:55
367

"Atatürk Hava Limanı"ndan oğurluq edildi (VİDEO)

İstanbul polisi "Atatürk Hava Limanı"ndan oğurluq edən şəxsi nəzarətə götürüb.
Hava limanında texnik işləyən M.A. adlı şəxs kəsdiyi 60 metr uzunluğundakı elektrik naqillərini əl arabası ilə çöldəki mülki avtomobilə yükləyərək oğurlayıb. 
Oğrunun kimliyini təhlükəsizlik kameralarından aydınlaşdıran polis şübhəlini “İş yerindən və Müəssisədən Oğurluq” cinayəti ilə əlaqədar Bakırköydə aparılan araşdırmalar çərçivəsində həbs edib. 



Oxşar xəbərlər