Ermənistan prezidentinin müşaviri vəzifəsindən uzaqlaşdırılıb
4-12-2021, 21:50
178

Ermənistan prezidentinin müşaviri vəzifəsindən uzaqlaşdırılıb

Tevan Poqosyan bir neçə aydır ki, Ermənistan prezidenti Armen Sarkisyanın müşaviri deyil.
Bu barədə “Hraparak” qəzeti yazıb.
Poqosyan deyib ki, prezidentlə sonuncu dəfə apreldə, Sünikə səfər edərkən əlaqə saxlayıb.
Qeyd edək ki, prezidentin rəsmi saytında müşavir kimi onun adı heç vaxt çəkilməyib.

Oxşar xəbərlər