İran polisi Qarabağın azad olunmasını dəstəkləyən fəalın atası evində axtarış apardı
6-12-2021, 18:56
168

İran polisi Qarabağın azad olunmasını dəstəkləyən fəalın atası evində axtarış apardı

İranın təhlükəsizlik qüvvələrinin dekabrın 5-i axşam saatlarında Ərdəbil sakini, cənubi azərbaycanlı fəal Möhsün İsməili Əqdəmin atası evində axtarış keçirdiyi iddia edilir.
Bu barədə "Azad İran" teleqram kanalı xəbər yayıb. Verilən məlumata görə, təhlükəsizlik qüvvələri fəalın ailəsini övladlarını tutmaqla hədələyərək evdə axtarış aparsa da, Möhsün İsməilini evdə tapa bilməyiblər. 
Qeyd edək ki, Möhsün İsməili Əqdəm əslən Ərdəbildəndir və hazırda Tehranda yaşayır. Bundan öncə də o, dəfələrlə təhlükəsizlik idarəsinə çağırılaraq saxlanılıb və dindirilib. 
İddia olunur ki, sonuncu dəfə Azərbaycanla Ermənistan arasında baş verən 44 günlük müharibə zamanı Qarabağın azad olunmasını dəstəklədiyinə görə İran təhlükəsizlik qüvvələri onu axtarışa vermişdi. Lakin evində olmadığı üçün həbs edə bilməyiblər.

Oxşar xəbərlər