Tısbağa ətindən kütləvi zəhərlənmə, yeddi nəfər öldü
7-12-2021, 12:01
128

Tısbağa ətindən kütləvi zəhərlənmə, yeddi nəfər öldü

Tanzaniyanın Zanzibar arxipelaqının Pemba adasında zəhərli tısbağa əti yeyən 7 nəfər ölüb. 
Xarici KİV xəbər verir ki, ümumilikdə 38 nəfər tısbağa ətindən zəhərlənib, onlardan 3-nün vəziyyəti ağırdır.
 
Zənzibar prezidenti Hüseyn Əli Mvinyi həlak olanların ailələrinə başsağlığı verib.
Qeyd edək ki, tısbağa ətinin adətən zəhərli olmamasına baxmayaraq, vaxtaşırı ağır formada belə halları qeydə alınır. Bunu adətən tısbağaların yediyi yosunlarla əlaqələndirirlər.

Oxşar xəbərlər