"Ermənistan MN-də kütləvi istefalar başlayıb" - KİV
8-12-2021, 14:31
140

"Ermənistan MN-də kütləvi istefalar başlayıb" - KİV

“Müdafiə Nazirliyində kadr qırğını başlayıb. Nazirliyin baş katibi Artur Sarkisyan istefaya göndərilib".
Bu barədə “Joxovurd” qəzeti yazıb. Nəşrin məlumatına görə, Ermənistanın Müdafiə Nazirliyində kütləvi işdən çıxarılmalar başlayıb.
"Paşinyan 2020-ci ilin iyun ayında Artur Sarkisyanı 2020-ci ilin birinci yarısı üzrə hesabatının müsbət nəticəsinə görə mükafatlandırmışdı. Məlumata görə, Ermənistan Müdafiə Nazirliyi Katibliyinin baş katibinin müavini Suren Poqosyan da vəzifəsindən azad edilib". 
Xatırladaq ki,“Joxovurd”un gündəlik məlumatına görə, Ermənistanın müdafiə naziri Suren Papikyan təyin olunduqdan sonra Müdafiə Nazirliyinin müxtəlif idarələrinin əməkdaşlarını mütəmadi olaraq çağırır, onların funksiyaları ilə şəxsən tanış olur. Müşavirələr nəticəsində Müdafiə Nazirliyinin rəhbərliyində müəyyən təhlillər aparılıb ki, nazirlikdə formalaşmış “ənənələr”i istisna etmək üçün kadr dəyişiklikləri idarələrin əməkdaşlarının dəyişməsindən başlamalıdır.

Oxşar xəbərlər