Ermənilər XİN binasına hücum etdilər - Saxlanılanlar var (YENİLƏNİB)
10-12-2021, 12:20
126

Ermənilər XİN binasına hücum etdilər - Saxlanılanlar var (YENİLƏNİB)

“Azadlıq Hərəkatı” üzvlərinin etiraz aksiyası keçirdikləri Ermənistan Xarici İşlər Nazirliyinin binasında vəziyyət gərginləşib.
Əraziyə polis  qüvvələri cəlb olunub. Polislərlə  etirazçılar arasında qarşıdurma yaranıb. Bildirilir ki, gərgin vəziyyətdən sonra  polislər  bir neçə şəxsi saxlayıb. 
***
11:53
Ermənistanda  “Azadlıq Hərəkatı”nın üzvləri Xarici İşlər Nazirliyinin binasında etiraz aksiyası keçirir.
Erməni KİV xəbər verir ki, Ermənistan Vəkillər Palatasının keçmiş sədri Ara Zöhrabyanın sözlərinə görə, onlar xarici işlər naziri Ararat Mirzoyanla görüş tələb edirlər.
Zöhrabyan həmçinin də,  bildirib ki,  indiki hökumət və prezident  Armen Sarkisyan Ermənistan Respublikasının maraqlarını təmsil etmək iqtidarında deyil. Bununla da baş verən bütün iğtişaşlar və etirazlar haqlı olaraq həyata keçirilir.  

 


Oxşar xəbərlər