"Donbasda baş verənlər soyqırıma bənzəyir" - Putin
10-12-2021, 20:16
364

"Donbasda baş verənlər soyqırıma bənzəyir" - Putin

Rusiya prezidenti Vladimir Putin insan haqları komissiyasının üzvləri ilə görüş keçirib.
İclasda həm Rusiyanın, həm də dünyanın tez-tez gündəmini zəbt edən ölkədəki işgəncə iddiaları və Ukraynanın şərqində baş verən proseslər müzakirə edilib.
Putin həmçinin də, Donbas mövzusuna  toxunub. Rusiya lideri Ukraynanın şərqindəki Donbas bölgəsində baş verənləri “soyqırım” kimi qiymətləndirib.
"Hazırda Donbasda baş verənləri hamımız çox yaxşı görür və bilirik. Bu, təbii ki, soyqırımı çox xatırladır".
Donbas bölgəsi əhalisinin də müalicə oluna biləcəyi xəstəxananın açılacağını bildirən Putin, "İlk addım olaraq vətəndaşlığı olmayan şəxslər üçün fövqəladə hallarda müalicə oluna biləcəkləri xəstəxana açmaq. Daha sonra təşkilatlara qrant dəstəyi vermək. Vətəndaşlığı olmayan şəxslərə yardım göstərən dövlət qurumlarında problemlərini həll edə bilmələri üçün qeydlərin yaradılması və yaşayış yerinin yaradılması vacibdir”,- deyə  ifadə edib.

Oxşar xəbərlər