Yaponiyada yaşlı sürücü avtomobili bağça uşaqlarının üstünə sürüb: Onlarla xəsarət alan var
10-12-2021, 22:48
145

Yaponiyada yaşlı sürücü avtomobili bağça uşaqlarının üstünə sürüb: Onlarla xəsarət alan var

Yaponiyanın Hiqasiura şəhərində avtomobil bir neçə bağça uşağını vurub.
İnsident nəticəsində azı 10 azyaşlı xəsarət alıb.
Xəsarət alan uşaqlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Onların ciddi xəsarət almadığı bildirilir. 
 
Qəzanı törədən 70-80 yaş aralığında olan sürücü də xəstəxanaya yerləşdirilib.
Onun özünü pis hiss etdiyi və yol-nəqliyyat hadisəsinin də məhz bu səbəbdən meydana gəldiyi qeyd olunur. 
Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. 
Mənbə: Asahi nəşri

Oxşar xəbərlər