İranda partlayış - Ölənlər var
13-12-2021, 10:32
140

İranda partlayış - Ölənlər var

İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.
Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki partlayışın yerli vaxtla saat 18:44-də baş verdiyini və bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşının göndərildiyini bildirib. "Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub", - Maleki deyib.
İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub. "Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatını itirib", - o əlavə edib.

Oxşar xəbərlər