Dünya
13-12-2021, 12:29
345
“Omikron” Türkiyəyə də çatdı
Dünyanı cənginə alan koronavirusun "Omikron” ştammı Türkiyədə də aşkarlanıb.
Yoluxanların biri İstanbulda, beşi İzmirdə qeydə alınıb. Sözügedən ştamma yoluxma hallarının daha çox olacağı istisna edilmir.
Mütəxəssislər qapalı məkanlarda çox olmamağı, sanitar qaydalara riayət etməyi, vaxtı çatanların peyvəndin üçüncü dozasını vurdurmasını tövsiyə edirlər.
Qeyd edək ki, "Omikron”a qonşu Rusiyada və İranda da rast gəlinib.