Dünya
14-12-2021, 15:42
132
BƏƏ-dən qayıdan İsrailin baş naziri karantinə alındı
İsrailin baş naziri Naftali Bennet Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı onu müşayiət edən nümayəndə heyətində koronavirus aşkarlandığı üçün karantinə alınıb.
Baş nazirlikdən verilən yazılı açıqlamada, Bennetlə BƏƏ-dən qayıdan heyətdə bir nəfərin virusa yoluxduğu bildirilib.
"Səhiyyə Nazirliyinin prosedurlarına uyğun olaraq, Bennett də daxil olmaqla bütün nümayəndə heyətinin karantinə alındığı" qeyd edilən açıqlamada, sözügedən şəxslərin sabah yenidən PCR testləri verəcəkləri ifadə edilib.