Bill Qeyts 2022-ci il üçün proqnozlar verdi
15-12-2021, 14:28
149

Bill Qeyts 2022-ci il üçün proqnozlar verdi

Koronavirus pandemiyası ilə bağlı verdiyi proqnozlara görə geniş əks-səda doğuran məşhur iş adamı Bill Qeyts 2022-ci il üçündə  səssiz qalmayıb. 
"Microsoft"un  qurucusunun 2022-ci il üçün proqnozları gündəmə səbəb olub. Qeyts illik qiymətləndirməsini etdiyi bloqunda 2022-ci ilin normallaşma ili olacağını bildirib.
Hazırda müzakirə olunan "Metaverse"in görüşmə tərzimizi dəyişdirəcəyinə inandığını vurğulayan Qeyts, “Təxmin edirəm ki, qarşıdakı iki və ya üç il ərzində əksər virtual görüşlər bir şəbəkədə təşkil edilmiş 2D kamera görüntülərindən "Metaverse"yə keçəcək". 
Bill Qeyts pandemiyanın 2022-ci ildə sona çatacağını söyləyib:
 "Düşünürəm ki, 2022-ci ildə pandemiya  sonlanacaq. 2022-ci il normal vəziyyətə düşəcəyimiz bir il olacaq. Mənim üçün bu, ofisə getmək demək olacaq, çünki koronavirus hadisələri azalır. Bloqum və digər kanallar vasitəsilə deyil də, virtualda  insanlarla ünsiyyətə daha çox vaxt sərf etmək istəyirəm.Bunu səbirsizliklə gözləyirəm”.

Oxşar xəbərlər