Türkiyədə minimum əməkhaqqı 50 faiz artırıldı
16-12-2021, 17:46
147

Türkiyədə minimum əməkhaqqı 50 faiz artırıldı

Türkiyədə 2022-ci il üçün minimum əməkhaqqı 50 faiz artırılaraq 4 250 lirəyə çatdırılıb.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Minimum əməkhaqqının müəyyənləşdirilməsi üzrə komissiyanın iclasında deyib.
Onun sözlərinə görə, gələn ildən etibarən minimum əməkhaqqı gəlir vergisindən azad ediləcək.
"Bəzi çətinliklərimiz var, amma tezliklə bunların öhdəsindən gələcəyik. Son dövrlərdə məzənnədə baş verən dalğalanma və bunun nəticəsində qeydə alınan bahalaşmaya ən qısa zamanda son qoymağa hazırıq. Yaxın zamanlarda həyata keçirəcəyimiz tədbirlərlərlə bunu reallaşdıracağımıza inanıram", - deyə R.T.Ərdoğan bildirib.

Oxşar xəbərlər