Erməni polkovnik Rusiyada HƏBS EDİLDİ - FOTO
17-12-2021, 16:26
192

Erməni polkovnik Rusiyada HƏBS EDİLDİ - FOTO

"Artsax" Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş direktor müavini, polkovnik Boris Avaqyan Sankt-Peterburqda həbs edilib .
Rusiya mediası Avaqyanın qaçaqmalçılıq işinə görə Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışa verildiyini yazır.
Məlumata görə,  Boris Avaqyan dünən axşam saatlarında Sankt-Peterburqdakı restoranlardan birində olub. Ona Sankt-Peterburq Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları yaxınlaşıb. Avaqyan tutularaq Petroqrad rayon polisinə aparılıb.
 Araşdırmalar aparılır.  
Erməni polkovnik RusiyadaHƏBS EDİLDİ - FOTO 

Oxşar xəbərlər