Overçuk Ermənistana səfər edəcək
17-12-2021, 18:30
145

Overçuk Ermənistana səfər edəcək

Rusiya baş nazirinin müavini Aleksey Overçuk yaxın günlərdə Ermənistana səfər edəcək. 
Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, Rusiya tərəfdən nəqliyyat kommunikasiyalarının bloklanması üzrə üçtərəfli işçi qrupunun həmsədri olan Overçuk Ermənistan-Rusiya iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 20-ci iclasında iştirak etmək üçün nümayəndə heyəti ilə İrəvana gələcək.
Səfər dekabrın 21-22-də baş tutacaq.

Oxşar xəbərlər