Çinin ən yaşlı sakini öldü
18-12-2021, 18:47
157

Çinin ən yaşlı sakini öldü

Çinin Sintszyan-Uyğur muxtar rayonunda ölkənin ən yaşlı sakini vəfat edib.
Alimixan Seyti adlı qadın 136 yaşında ölüb.
Onun son illərədək fəal həyat tərzi sürdüyü, ev təsərrüfatı ilə məşğul olduğu bildirilib.
Qeyd olunur ki, A.Seytinin yaşadığı Kumuşerik qəsəbəsində yaşı 90-dan çox olan insanların sayı çoxdur.

Oxşar xəbərlər