Rusiya bu ölkənin vətəndaşlarına qadağa qoydu
18-12-2021, 20:24
159

Rusiya bu ölkənin vətəndaşlarına qadağa qoydu

Rusiya Böyük Britanıyanın yeddi vətəndaşının ölkəyə girişini qadağan edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Britaniya hökuməti 2021-ci ilin avqustunda "Navalnının zəhərlənməsinə görə bilavasitə məsuliyyət daşımaları” iddiası ilə Rusiyanın yeddi vətəndaşına qarşı sanksiya tətbiq edib.
"Londonun qeyri-dost hərəkətlərinə qarşılıq olaraq Britaniya nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi qərara alınıb", - Zaxarova qeyd edib./publika

Oxşar xəbərlər