Liseydə BİABIRÇILIQ! Qadın müəllim 16 yaşlı yeniyetməyə təcavüz etdi
23-12-2021, 11:57
124

Liseydə BİABIRÇILIQ! Qadın müəllim 16 yaşlı yeniyetməyə təcavüz etdi

Kanadada şagirdi şirnikləndirib zorlamaqda ittiham olunan xanım müəllimin məhkəməsi başlayıb.

CTV News xəbər verib ki, 27 yaşlı Rebekka Linn Makkubbin dekabrın 16-da azyaşlıya təcavüz və cinsi istismar ittihamı ilə həbs edilib. Cinsi açıqlanmayan yeniyetmə müstəqil şəkildə polisə müraciət edərək 2021-ci ilin yanvar ayından müəllim tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qaldığını bildirib.

Makkabinin işlədiyi Eagle Butte Liseyinin rəhbərliyi cinayət məlum olan kimi onun işdən çıxarıldığını bildirib. Məktəb nümayəndələri istintaqa hərtərəfli köməklik göstərməyə hazırdır. Hazırda Makkubbin həbsdən azad edilib, lakin ona yaşı 18-dən az olan şəxslərlə ünsiyyət qurmaq, yetkinlik yaşına çatmayanların toplaşa biləcəyi yerlərdə olmaq qadağan edilib. Növbəti məhkəmə iclası 27 yanvar 2022-ci il tarixinə təyin edilib.
Dunmore, Alta. teacher charged with sexual assault against 16-year-old student | CTV News

Oxşar xəbərlər