Banqladeşdə gəmi yandı - 38 ÖLÜ
24-12-2021, 11:47
156

Banqladeşdə gəmi yandı - 38 ÖLÜ

Banqladeşin cənubunda yerləşən Calokati adlı ərazidə bərədə (gəmi) baş verən yanğında ölən və yaralananların sayı artıb. 
Yanğın nəticəsində 38 nəfər həlak olub, 100-ə yaxın insan xəsarət alıb.
Ümumilikdə bərənin göyərtəsində təqribən 1000 nəfər olub.
Yanğın bərənin mühərrik hissəsində yaranan nasazlıq səbəbindən baş verib.
***08:42
Banqladeşdə gəmidə başlayan yanğın 27 nəfərin həyatına son qoyub.
Bu barədə Xinhua agentliyi rəsmi mənbələrə istinadla ilkin məlumat yayıb.
Zərərçəkənlərin dəqiq sayı və hadisənin təfərrüatları barədə məlumat yoxdur.

Oxşar xəbərlər