İran vətəndaşına hücum edən ermənilər saxlanılıb
24-12-2021, 15:16
144

İran vətəndaşına hücum edən ermənilər saxlanılıb

Ermənistan polisi paytaxt İrəvanın mərkəzində İran vətəndaşına hücum edən şəxsləri saxlayıb.
Bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, hadisə İrəvan vətəndaşları, 35 və 37 yaşlı şəxslər tərəfindən törədilib. Onlar əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.
Qeyd edək ki, hadisə Parpetsi küçəsində baş verib. Belə ki, ermənilər küçədəki restoranın yaxınlığında İran vətəndaşını bıçaqla hədələyərək döyüblər, bundan sonra isə mobil telefonunu və içində 650 ABŞ dollar olan çantasını alıblar.

Oxşar xəbərlər