"Qarabağ razılaşmaları icra olunur" - Rusiya XİN
24-12-2021, 20:27
135

"Qarabağ razılaşmaları icra olunur" - Rusiya XİN

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qarabağ münaqişəsi ən mürəkkəb, uzunmüddətli və qanlı münaqişələrdən biri adlandırıb.
Bu barədə o, həftəlik brifinqdə deyib.
“Mən Ermənistana və Azərbaycana, o cümlədən Rusiya tərəfi də daxil olmaqla bu sahədə işləyən bütün ekspertlərə ilk növbədə, səbr və uğurlar arzulayıram. Ən uzun sürən, mürəkkəb və qanlı münaqişələrdən birini həll etmək çox çətin missiyadır”, - deyə  Rusiya XİN-in rəsmisi bildirib.
Zaxarova hesab edir ki, bütün tərəflər səy göstərsələr, nəticə olacaq.

Oxşar xəbərlər