İranda ağır qəza - Ölən və yaralananlar var
25-12-2021, 19:23
223

İranda ağır qəza - Ölən və yaralananlar var

İranın cənub-qərbində yerləşən Xuzistan əyalətində 5 avtomobilin iştirakı ilə baş verən avtomobil qəzası nəticəsində 10 nəfər ölüb, 5 nəfər yaralanıb.
 “Mehr” xəbər verir ki, bu barədə polkovnik Reza Dövlətşahi məlumat verib.
Onun sözlərinə görə, hadisə Əhvaz-Xürrəmşəhr avtomobil yolunda baş verib.
Bildirilib ki, fəhlələri aparan avtobus, bir yük maşını və 3 minik avtomobili toqquşub. Nəticədə 10 fəhlə ölüb, 5-i yaralanıb.
Hadisə yola xırda buynuzlu heyvanların çıxması səbəbindən baş verib.

Oxşar xəbərlər