Dünya
25-12-2021, 14:51
142
Oğru pulları oğurlamazdan əvvəl türk bayrağını öpüb alnına qoydu - VİDEO
Türkiyənin Bursa şəhərində bir şəxs oğurluq üçün girdiyi yerdə əvvəlcə seyfdən çıxan Türkiyə bayrağını öpüb, sonra isə pulları oğurlayıb.
İHA xəbər verir ki, hadisə gecə saatlarında Gəmlik rayonunda baş verib.
Bir gənc girdiyi mağazanın seyfindən pul çantasını götürdükdən sonra siyirtmədə əlinə keçən Türkiyə bayrağını öpüb alnına qoyub.
Şübhəli daha sonra pulu götürərək yoxa çıxıb. Həmin anlar iş yerinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Polis hadisənin təfərrüatlarını araşdırır.