Qonşu ölkədə 5 bal gücündə zəlzələ oldu
27-12-2021, 16:01
126

Qonşu ölkədə 5 bal gücündə zəlzələ oldu

İranın cənubundakı Hörmüzqan əyalətində 5 bal gücündə zəlzələ baş verib.
Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Hörmüzqan vilayətinin mərkəzi Bəndər Abbas şəhəri olan zəlzələ yerli vaxtla saat 11.01-də qeydə alınıb.
Zəlzələnin yerin 15 kilometr dərinliyində baş verdiyi bildirilib.
Zəlzələdə can və ya mal itkisinin olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Oxşar xəbərlər