Dünya
28-12-2021, 16:26
148
Putin 3 uşağa "Şaxta baba"lıq etdi - Arzuları gerçək oldu
Rusiya prezidenti Vladimir Putin artıq 4-cü dəfədir ki, "Arzular yolkası" aksiyasında iştirak edir. Bu aksiya çərçivəsində dövlətin birnci şəxsləri Rusiya uşaqlarının arzularını həyata keçirirlər.
Bu il Putin həmin aksiyada artıq 3 uşağın arzunu çin edib.
Belə ki, 5 yaşlı Osor Ayuşeyev yanğınsöndürən hissədə ekskursiya etmək arzusunda olub. Prezident onun xəyalını reallaşdırıb. Osora özünü həqiqi xilaskar kimi hiss etdirmək üçün hətta əsl yanğınsöndürən forması hədiyyə olunub. Prezident ona şəxsən zəng vurub və uşaq hədiyyədən çox məmnun olduğunu bildirib.
"Bəxti gətirən" digər uşaq isə Tanya Trotsenkodur. Bu qız Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrında "Qu gölü" baletinə baxmaq arzusunda olub.
Putin onun da arzusunu gerçəkləşdirib. Ötən həftə Putin Tanya ilə telefon danışığında onun təəssüratlarını öyrənib və eyni mövzuda buz şousunu izləmək üçün qızı anasıyla Moskvaya dəvət edib.
Rusiya prezidentindən gitara hədiyyə alan oğlan uşağı isə anası ilə birgə yeni evə köçüb.