Dünya
29-12-2021, 14:30
149
Koronavirusdan sonra yeni pandemiya olacaq - XƏBƏRDARLIQ
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş xəbərdarlıq edib.
Xarici media bildirir ki, onun sözlərinə görə, koronavirusdan sonra bəşəriyyət yeni bir pandemiya ilə üzləşəcək. O, bu gün növbəti bədbəxtliyə hazırlaşmağa çağırıb.
“COVID-19 bəşəriyyətin üzləşdiyi son pandemiya olmayacaq. Bu sağlamlıq böhranı ilə mübarizə apararkən, növbəti pandemiyaya hazırlaşmalıyıq”, - baş katib özünün “Twitter” səhifəsində yazıb.
O, yeni təhlükəyə xüsusi diqqət yetirməyi və problemin həlli üçün lazım olan məbləğdə investisiyaların ayrılmasını təklif edib.