Ermənistanda hərbi akademiya rəhbəri işdən çıxarıldı
29-12-2021, 14:38
185

Ermənistanda hərbi akademiya rəhbəri işdən çıxarıldı

Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə Daniel Balayan marşal Armenak Xanperyants adına Hərbi Aviasiya Universitetinin rəhbəri vəzifəsindən azad edilib.
Bununla bağlı fərman artıq imzalanıb. 
Bildirilib ki, o, Baş nazir Nikol Paşinyanın təklifi əsasında tutduğu vəzifədən çıxarılıb. 
"Daniel Balayan Ermənistan Respublikası Müdafiə Nazirliyinin marşal Armenak Xanperyants adına Hərbi Aviasiya Universitetinin rəisi vəzifəsindən azad edilsin", - deyə fərmanda qeyd olunub. 
 

Oxşar xəbərlər