Qarabağdakı Rusiya sülhməramsızlar: Ermənilər tank sürür, onlar isə.....
30-12-2021, 16:17
136

Qarabağdakı Rusiya sülhməramsızlar: Ermənilər tank sürür, onlar isə.....

Artıq bir ildən artıqdır ki, Qarabağda sülhün bərqərar olmasını nəzərdə tutan üçtərəfli (Azərbaycan, Ermənistan və Rusiya) sülh razılaşması qüvvədir. Və bu üçtərəfli razılaşmanın əsas şərtlərindən biri də bölgədə Rusiya sülhməramlılarının yerləşdirilməsindən ibarət olub. Lakin bu bir ildən artıq müddətdə hansı hadisələrin şahidi olduq? Qanunsuz erməni silahlı birləşmələrini tərksilah etmək, asayişin əldə olunmasına nail olmaq sülhməramlıların əsas funksiyası sırasına daxil olsa da, bunun tam əksini görürük. Erməni quldur birləşmələri mütəmadi silahlı təxribatlar törədir,  Azərbaycan hərbçilərinə qumbaralı hücumlar edir, sülhməramlılar isə bunları görməməzilikdən irəli gəlir, funksiyalarına uyğun olmayan hərəkətlərlə məşğul olurlar. Ən maraqlısı isə odur ki, bölgədə təhlükəsizliyə cavabdeh olduqları halda, Rusiya sülhməramlılarının fəaliyyəti Qarabağdakı etnik ermənilərə humanitar və digər yardımlar etməklə işərini bitmiş hesab edirlər.
Erməni quldur dəstələrinin Xocavənddə Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücumları oldu - yenə də sülhməramlılarının reaksiyasını görmədik. Baş verən halların Rusiya sülhməramlılarına olan inamı daha da azaltdığını Moskva nəzərə almalıdır. Sülhməramlıların fəaliyyətsizliyini göstərən növbəti fakt isə qondarma erməni birləşmələrinə aid zirehli texnikanı sülhməramlıların gözü qarşısında sürməsidir. Görünür, ermənilər 44 günlük müharibə zamanı Azərbaycan Müdafiə Nazirliyinin erməni tanklarını necə məhv etdiyini əks etdirən kadrları unudub. Unudublarsa, onlara və sülhməramlı himayədarlarına nümayiş etdirə bilərik. Hər iki tərəf anlamalıdırlar ki, bu coğrafiyanın sahibi Rusiya və Ermənistan deyil, torpağın sahibi Azərbaycandır.
Rusiya sülhməramlı kontingenti ermənilərə köməyə gəlir
Görünən odur ki, Ermənistanla keçmiş separatçı DQR arasında hakimiyyət ölüm-dirim savaşının getdiyi bir dönəmdə mənəvi cəhətdən deqradasiyaya uğrayan cəmiyyətin köməyinə Rusiya sülhməramlı kontintenti çatır. Bütün vasitələrlə erməniləri bir növ inandırmağa çalışırlar ki, arxivə atılan "miatsum" ideyasını  reallaşdırmaq indi onların vəzifəsidir. Sülhməramlıların Azərbaycanda əsas missiyaları da sən demə bundan ibarətdir. Bunu başqa cür adlandırmaq da olmur. Halbuku, üçtərəfli sazişin dördüncü bəndində sülhməramlı qüvvələrin funkisiyası açıq şəkildə göstərilib -  sülhməramlı fəaliyyəti erməni silahlı qruplaşmalarının çıxarılmaqları ilə paralel həyata keçirilir. Rusiya sülhməramlıları bir ildir oradadır, bir dəfə də olsun onların çıxarılması ilə bağlı hər hansı bir fakt ortada yoxdur. Əvəzində postları yaxınlığında siçan yuvalarını xatırladan səngərlərin qazılmasında ermənilərə kömək edirlər. Bu da onu deməyə əsas verir ki, Rusiya sülhməramlıları deyəsən öz funksiyalarını "unudublar" və onlara bunu növbəti dəfə başa salmaq gərəkdir.

Oxşar xəbərlər