Erməni aktyor: Şuşa bizə lazım deyil, biz hər şeyi məhv etmişik - VİDEO
31-12-2021, 13:22
168

Erməni aktyor: Şuşa bizə lazım deyil, biz hər şeyi məhv etmişik - VİDEO

“Harada ki, ermənilər hər şeyi dağıdıb, orada Ermənistan üçün xoşbəxtlik ola bilməz”.
Bu sözləri Ermənistanın Əməkdar artisti Samvel Baginyan deyib. O , həmvətənlərini əsassız torpaq iddiasından əl çəkməyə çağırıb. “Əgər Şuşa bizə lazım idisə, niyə ermənilər oranı tərk edəndə hər şeyi dağıdıb, məhv edib, yandırıb, qarət edirdilər. Mən öz gözlərimlə görmüşəm onlar bunu necə edirdilər. Hələ mən Ağdamı, Cəbrayılı, digər şəhərləri demirəm. Ermənilər kütləvi dağıntılar törədirdilər. Əksər ermənilər bunu azərbaycanlılar oraya qayıda bilməsinlər deyə etdiklərini deyirdilər. Məgər bu, idiotizm deyilmi? Mən bu adamları axmaq adlandırardım”.
Samvel Baginyan Azərbaycan Ordusunun torpaqları necə dağıtmadan, sındırmadan ard-arda azad etdiyini vurğulayıb.
“Yadınızdadır, Azərbaycan Ordusu torpaqları dalbadal azad edirdi, dağıtmadan, yandırmadan, hətta pəncərələrin şüşələri salamat qalmışdı. Niyə belədir? Çünki torpaq onlara lazımdır ki, qaçqınlar, məcburi köçkünlər öz yürdlarına qayıtsınlar”, -deyə o bildirib.
Əməkdar artist torpaqların işğalının mənasız olduğunu söyləyib. Bu torpaqlarda Ermənistan hökuməti heç nə yaratmayıb, tikməyib.
“30 il müddətində erməni hökuməti Şuşada bir dənə də olsun ev tikməyib, bərpa etməyib. Biz Şuşada bir dənə də olsun yeni bir şey tikməmişik. Biz bilirik ki, 1988-ci ilə qədər Şuşada azərbaycanlılar yaşayırdı, söhbət 90 % əhalidən gedir. Hətta İkinci Qarabağ müharibəsi zamanı şəhərdə cəmi 2-3 min erməni yaşayırdı. Səbəb nə idi? Bəlkə erməni xalğına Şuşa ümumiyyətlə lazım deyildi? Paşinyan özü bu şəhəri boz və bədbəxt şəhər adlandırır. Belə olan halda biz necə təsdiq edə bilərik ki, Şuşa bizə lazım idi”. – deyə Baginyan əlavə edib.
CBC telekanalının hazırladığı həmin müsahibəni təqdim edirik:

Oxşar xəbərlər