Ermənistanı daha 70 min erməni tərk etdi
2-01-2022, 11:29
141

Ermənistanı daha 70 min erməni tərk etdi

Ermənistanı hava nəqliyyatı ilə tərk edənlərin yeni statistikası açıqlanıb.
Erməni mediası 2021-ci ilin 11 ayı ərzində "Zvartnots” və "Şirak” aeroportlarından istifadə etməklə ölkəyə 1.055.015 nəfərin gəldiyini, 1.124.460 nəfərin isə tərk etdiyini açıqlayıb.
Beləliklə, 2021-ci ilin 11 ayı ərzində Ermənistandan gedənlər gələnlərdən 69.447 nəfər çox olub.
Qeyd edək ki, bu, yalnız hava nəqliyyatı ilə ölkəni tərk edənlərə aiddir.

Oxşar xəbərlər