Fransada koronavirusun yeni variantı aşkarlandı
4-01-2022, 10:26
110

Fransada koronavirusun yeni variantı aşkarlandı

Fransanın cənubunda koronavirusun yeni variantı tapılıb.
Bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.
Naməlum ştam Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkarlanıb.
Mütəxəssislər virusun bu variantının sözügedən Afrika ölkəsində geniş yayıldığını istisna etməyiblər.
Marsel həkimləri tərəfindən kəşf edilən yeni versiya şərti olaraq B.1.640.2 adlandırılıb.
Hələlik bu ştamın təhlükəsi və ya yoluxma səviyyəsi məlum deyil.

Oxşar xəbərlər