Erməni əsgər postda güllələndi
4-01-2022, 10:31
113

Erməni əsgər postda güllələndi

Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib.

Ermənistan mediası bildirir ki, hadisə Vayotzor vilayətində baş verib. Başından yaralanmış 18 yaşlı Movses Aramaisoviç Tadevosyanı dekabrın 31-də səhər saat 10:50-də aşkarlayıblar.

O, hospitala aparılarkən yolda keçinib.

Tadevosyanla bir postda olmuş digər əsgər qətldə şübhəli bilinərək saxlanılıb.

Oxşar xəbərlər