Gürcüstanda koronavirus STATİSTİKASI: 32 nəfər öldü
5-01-2022, 11:34
131

Gürcüstanda koronavirus STATİSTİKASI: 32 nəfər öldü

Gürcüstanda ötən sutkada daha 3 436 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib.
Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 945 609-a, ölənlərin sayı isə 14 041-ə çatıb.
Son 24 saat ərzində müalicə olunaraq sağalanların sayı 1 805 nəfər artaraq 906 708 olub.

Oxşar xəbərlər