Gürcüstanda 2 körpə COVID-dən öldü
5-01-2022, 17:47
138

Gürcüstanda 2 körpə COVID-dən öldü

Tbilisi Uşaq Xəstəxanasında koronavirusa yoluxmuş 4 aylıq körpə ölüb.
“Pirveli” telekanalı xəbər verir ki, körpə koronavirusa ailə üzvündən yoluxub. O, yeni il gecəsi - dekabrın 31-də klinikaya aparılsa da, həkimlər uşağı xilas edə bilməyiblər.
Həkimlər qeyd edirlər ki, yoluxmuş körpənin vəziyyəti müşayiət olunan xəstəliyi - ürək xəstəliyini ağırlaşdırıb:
“Onun birləşmiş anadangəlmə qüsuru var idi. Vaxtından əvvəl, çox az çəki ilə doğulub, reanimasiyaya yerləşdirilib. O, ağır vəziyyətdə qəbul edilib. Bu birləşmə - covid infeksiyası və anadangəlmə ürək xəstəliyi səbəbindən xilas etmək mümkün olmadı".
Hazırda başqa 10 uşaq reanimasiya şöbəsində müalicə olunur. Onlardan birinin vəziyyəti ağırdır.
Bir gün əvvəl Zuqdididən (Qərbi Gürcüstan) gətirilən başqa bir koronavirusa yoluxmuş körpə də ölüb.

Oxşar xəbərlər