Qazaxıstana əcnəbilərin girişi dayandırıldı
6-01-2022, 21:06
150

Qazaxıstana əcnəbilərin girişi dayandırıldı

Qazaxıstan hökuməti fövqəladə vəziyyət rejimilə bağlı əcnəbilərin ölkəyə girişini dayandırıb.
Xarici KİV xəbər verir ki, bu barədə ölkənin Özbəkistandakı səfirliyi məlumat yayıb.
Xatırladaq ki, ölkədə baş verən iğtişaşlara görə yanvarın 5-də ölkə boyu tətbiq edilən fövqəladə vəziyyət bütün şəhərlərdə komendatura yaradılmasını, saat 23-dən 7-dək evi tərk etmək, kütləvi toplantılar keçirmək qadağasını, gediş-gəliş məhdudiyyətlərini ehtiva edir.

Oxşar xəbərlər