Qazaxıstanda həbslər davam edir: 3 706 etirazçı saxlanıldı
7-01-2022, 15:09
131

Qazaxıstanda həbslər davam edir: 3 706 etirazçı saxlanıldı

Qazaxıstanda etirazlar zamanı saxlanılanların sayı məlum olub.
Bu barədə ölkənin Terrorçuluqla Mübarizə üzrə Operativ Qərargahı məlumat yayıb.
Məlumata görə, indiyədək etirazlarda saxlanılanların sayı 3 706 nəfər təşkil edir.
Daha öncə dövlət başçısı Kasım-Jomart Tokayev ölkədə yüzlərlə mülki şəxs və hərbçinin yaralandığı və öldürüldüyünü bildirib. 

Oxşar xəbərlər