Qazaxıstanda son durum: "Arman Dikiy” saxlanıldı
7-01-2022, 17:26
235

Qazaxıstanda son durum: "Arman Dikiy” saxlanıldı

Almatı şəhərində narazı kütlənin qarşısında çıxış edərək onları təxribatlara uymamağa çağıran kriminal avtoritet Arman Cumagəldiyev (Arman Dikiy) saxlanılıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Terrorizmlə Mübarizə üzrə Operativ Qərargahı yayıb. Lakin qurum kriminal avtoritetin saxlanılmasının səbəbini açıqlamayıb. 

Arman Cumagəldiyev uzun müddət idi ki, Türkiyədə məskunlaşmışdı. Onun Qazaxıstana gəlişi və aksiyada çıxışı müəyyən mülahizələrə səbəb olmuşdu.  Əvvəla, kriminal avtoritetin bu tip hadisələrə müdaxiləsi “oğru qaydaları”na ziddir. İkincisi, Arman Cumagəldiyevin rahat şəkildə Qazaxıstana gəlişi və xalqın qarşısına çıxması burada hansısa razılaşmanın olduğuna şübhələr yaratmışdı. Hətta mümkündür ki, Arman Cumagəldiyev bu hadisədən sonra kriminal dünyanın hədəfinə gəlsin. 

Oxşar xəbərlər