Məşhur mahnının müəllifi vəfat ETDİ
7-01-2022, 18:52
341

Məşhur mahnının müəllifi vəfat ETDİ

Rusiyanın tanınmış şairi, yazıçı və ssenarist Aleksandr Timofeyevski 88 yaşında vəfat edib.
Bu barədə "TASS"a onun həyat yoldaşı Natalya məlumat verib:
“O, bu gün səhər saatlarında ağır xəstəlikdən sonra dünyasını dəyişib".
Qeyd edək ki, A.Timofeyevski 1933-cü il noyabrın 13-də Moskvada anadan olub. O, bir çox cizgi film üçün ssenari və mahnılar yazıb. Bunlardan biri də məhz “Timsah Gena"dır. O, cizgi filmdə səsləndirilən “Qoy onlar yöndəmsiz qaçsınlar...” ("Пусть бегут неуклюже...) əsərinin müəllifidir.
A.Timofeyevski yaradıcılığı boyunca bir neçə dəfə müxtəlif mükafatlara layiq görülüb.

Oxşar xəbərlər