Rusiya zirehli texnikalarının Qazaxıstana göndərilmə görüntüləri - VİDEO
8-01-2022, 10:45
124

Rusiya zirehli texnikalarının Qazaxıstana göndərilmə görüntüləri - VİDEO

KTMT-nin Rusiya sülhməramlılarının hərbi qulluqçuları və hava-desant texnikası Qazaxıstana çatdırılmaq üçün İvanovo vilayətindəki aerodroma gətirilib.
Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirib.
"İvanovo vilayətinin hava limanında Qazaxıstan Respublikasına uçan İl-76 hərbi-nəqliyyat təyyarələrinə hərbi qulluqçuların və hava-desant qüvvələrinin yüklənməsinə başlanılıb. Hərbi-nəqliyyat təyyarələri ilə 20-dən çox təyyarə uçuşunun həyata keçirilməsi planlaşdırılır”, - deyə məlumatda qeyd edilir.
Həmçinin bildirilib ki, Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları ölkəyə gəldikdən sonra öz tapşırıqlarını yerinə yetirməyə başlayacaqlar.

Mənbə: RİA Novosti

Oxşar xəbərlər