Qanunsuz erməni silahlı dəstəsinin üzvləri qəzada yaralandı
8-01-2022, 12:13
147

Qanunsuz erməni silahlı dəstəsinin üzvləri qəzada yaralandı

Ötən gün səhər saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində, qanunsuz erməni silahlı dəstələrinin üzvləri hərəkət etdiyi avtomobil qəzaya uğrayıb.
Erməni sosial şəbəkələri xəbər verir ki, Yemişcan yaşayış məntəqəsi istiqamətində qanunsuz silahlı dəstənin üzvlərini aparan yük avtomobilinin sürücüsü qəfildən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq dərəyə aşıb.
Qəza nəticəsində xəsarət alanlar barədə məlumat gizlədilir. Bildirilib ki, hadisə avtomobilin sürücüsünün içkili olduğu üçün baş verib.
Xatırladaq ki, spirtli içki qəbul etmə səbəbindən qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında belə insidentlərin sayı çoxalıb.

Oxşar xəbərlər